Bakı Turizm İnformasiya Mərkəzi çap materialları və disklər almaq istəyir

Bakı Turizm İnformasiya Mərkəzi çap materialları və disklər almaq istəyir
11:07 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi reklam çap materiallarının (lot-1), CD və DVD disklərin (lot-2) hazırlanması və satın alınması ilə bağlı açıq tender elan edib.
“Report” qurumun rəsmi mətbuatdakı elanına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank zəmanətini isə avqustun 30-na qədər Mərkəzin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 70 ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Aybəniz Həsənovadır. Telefon: (012) 498-12-44 (daxili: 18);
Təkliflərə avqustun 31-də qeyd olunan ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/baki-turizm-i-nformasiya-merkezi-cap-materiallari-ve-diskler-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR