Azərbaycanda “Facebook” bağlana bilər?

Dünyanın demək olar ki əksər ölkəsində “Facebook”un nümayəndəliyi var. “Facebook” həmin ölkələrlə əlaqəli işləyir. Belə ki, sosial şəbəkəyə reklam yerləşdirilməsinə görə, “Facebook” həmin ölkələrə vergi ödəyir. Azərbaycanda isə “Facebook”un rəsmi nümayənliyi yoxdur. Bu səbəblə, reklam yerləşdirilməsinə görə “Facebook” Azərbaycana vergi ödəmir. Vergini reklamı qoyan şəxs özü dövlətə ödəyir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirdi ki, 2017-ci ilin yanvarın 1-dən Azərbaycan Vergilər Nazirliyi qaydaları yeniləyib:

“Yeni qaydalara əsasən, “Facebook”a reklam verən şirkət və ya fərdi şəxs vergini Vergilər Naziriyinə özü ödəyir. Ona görə də, “Facebook”un Azərbaycan qarşısında heç bir məsuliyyəti yoxdur. Məsələn, reklamın qiyməti 100 dollardırsa, onun 18%-ni reklam verən dövlətə ödəyir. Amma Amerikada həmin pulu “Facebook” dövlətə özü ödeyir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR