Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı işirakını ilin sonuna qədər uzadıb

Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı işirakını ilin sonuna qədər uzadıb
11:17 17 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Belçika hökuməti İraq və Suriyada ABŞ-ın himayəsi altında terrorizmə qarşı koalisiyada hərbi hava qüvvələrinin iştirakının müddətinin iyulun 1-dən dekabrın 31-dək uzadılmasına qərar verib.
"Report" "Belga"ya istinadən xəbər verir ki, bununla yanaşı, İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edən qırıcı-bombardmançı təyyarələrin sayı altıdan dördədək azaldılacaq.
Hazırda təyyarələr İordaniyadakı bazadadır.
Qeyd edək ki, Belçika HHQ antiterror koalisiyasına 2016-cı ilin iyul ayında qoşulub. Koalisiyada iştirak müddətinin uzadılması dövlət büdcəsinə 17 milyon avroya başa gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcika-i-si-d-e-qarsi-mubarize-uzre-koalisiyadaki-isirakini-ilin-sonuna-qeder-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR