Ərdoğan Makronla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emanuel Makron və Qətər əmiri Təmim bin Həməd Әl-Sani ilə telekonfrans vasitəsilə görüşüb.

Ərdoğan: Qətəri günahkar çıxartmağın bölgəyə heç bir faydası yoxdur

Metbuat.az xəbər verir ki, görüşdə Qətər böhranının tənzimlənməsi məsələsi müzakirə olunub. Terrorun istənilən növünə qarşı olduqlarını bildirən liderlər böhranın dialoq və müzakirələr yolu ilə həllinə tərəfdar olduqlarını bildirib.

Dövlət başçıları yaxın zamanlarda üçtərəfli görüşün baş tuta biləcəyini də vurğulayıblar.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR