İftarda ballı qatıq yeyin

İftarda şirniyyat əvəzinə ballı qatıq yeyin.

Metbuat.az bildirir ki, iftar süfrələrinin vazkeçilməzi olan şərbətli şirniyyatlar əvəzinə, həzm sistemini nizamlayan ballı qatıq yeyə bilərsiniz.

Ramazanda uzun müddət aclıq səbəbi ilə maddələr mübadiləsi daha az enerji xərcləyir. Bu vəziyyətdə mədə sağlamlığını qorumaq və çəkiyə nəzarət etmək eyni zamanda, enerji verən, qan şəkərini normal şəkildə yüksəldən qidaların istehlakı vacibdir.

Mütəxəssislər deyir ki, şərbətli və yağlı şirniyyatlar əvəzinə südlü şirniyyatlar yeyin. Şirniyyata alternativ olaraq ballı qatıq məsləhətdir.

Qatığın önəmli protein olduğunu qeyd edən dietoloq Əhməd Bağran Aksoy deyib: “Süddə olan şəkər bədənin müəyyən hissələrində şişkinlik yarada bilər. Qatıq isə qıcqırma nəticəsində süd turşusuna çevrildiyi üçün asanlıqla istifadə edilir.

Təbiətin canlı möcüzəsi olan bal və qatıq ilə hazırlayacağınız bu qarışıq həzm sistemini nizamlayır, eyni zamanda mədə ağrılarının qarşısını alır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR