"Qulağıma söyüş söydü, götürdüm vurdum" - Dayısını bıçaqlayan şəxs - VİDEO - FOTO

"Qulağıma söyüş söydü, götürdüm vurdum" - Dayısını bıçaqlayan şəxs - VİDEO - FOTO
12:05 17 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Dayı işlətdiyi nalayiq sözlərə görə xəstəxanalıq olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəmkirin Talış kəndində baş verib.

Bacıoğlu bıçaqla dayısına ağır bədən xəsarətləri yetirib.

Talış kənd sakini 45 yaşlı Həbib Mehdiyevi 32 yaşlı bacısı oğlu Taleh Osmanov bıçaqlayıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan şəxs vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Bıçaqlanan şəxsin qardaşı Rasim Mehdiyevin sözlərinə görə, qohumlar arasında əvvəllər heç bir ədavət olmayıb. Sözügedən hadisə isə sərxoşluq zəminində yaşanıb. Tərəfləri bir neçə dəfə sakitləşdirmək cəhdi nəticə verməyib. Nəticədə Taleh özündən 13 yaş böyük dayısına 2 bıçaq zərbəsi endirib.

Rasim Mehtiyev - zərərçəkənin qardaşı: "Əvvəllər çox mehriban olublar. Can deyib, can eşidiblər. Yeyib, içəndən sonra dalaşıblar. Sözləri çəp gəlib".

Şəmkir polisi dayısını bıçaqlayan bacıoğlunu saxlayıb. Taleh Osmanov hadisə vaxtı sərxoş olduğunu inkar edərək dayısını onun ünvanına nalayiq sözlər işlətdiyi üçün bıçaqladığını bildirib. 

Taleh Osmanov - saxlanılan şəxs: "Deyib gülə-gülə çay içirdik. Gəlib mənə dedi bura gəl, mən də dedim çıx get. Gəldi qulağıma söyüş söydü. Bıçaq da cibimdə açılmışdı. Heç nə götürdüm, vurdum".

Taleh Osmanovun əməlinə aparılacaq araşdırmalardan sonra hüquqi qiymət veriləcək. Cinayət işinin istintaqı davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Qulağıma söyüş söydü, götürdüm vurdum" - Sərxoş olub dayısını bıçaqlayan şəxs DANIŞDI


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/555171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR