Yağıntıların miqdarı Bakıda və Abşeron yarımadasında 1-12 mm olub

Yağıntıların miqdarı Bakıda və Abşeron yarımadasında 1-12 mm olub
12:17 17 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-musahide-olunan-faktiki-hava-aciqlanibg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR