Ölkə ərazisində leysan yağışlar yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində leysan yağışlar yağıb - FAKTİKİ HAVA
12:23 17 İyun 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunan hava şəraitini açıqlayıb.

Departamentdən Publika.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi hava qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/202917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR