Əməkdar artist aparıcılıq edən müğənniləri qınadı: "Səviyyəsi yoxdur"

Əməkdar artist aparıcılıq edən müğənniləri qınadı: "Səviyyəsi yoxdur"
12:27 17 İyun 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nahidə Orucova aparıcılıq edən müğənnilərin ünvanına tənqidlər səsləndirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Lider maqazin"ə açıqlamasında onları savadsız adlandırıb:

"Heç birinin intelektual səviyyəsi yoxdur, amma veriliş aparırlar. Adi ünsiyyəti də bacarmırlar. Müğənni qonağı efirinə dəvət edəndə onunla bağlı məlumat toplamalıdır. Çox savadsızdılar. Getsinlər toylarını oxuyub, pullarını qazansınlar. Bizim bir vaxtlar gözəl diktorlarımız var idi. Onların dünya görüşünə heyran qalırdım. Düzdür, elə müğənnilər var ki, savadlıdır. Bunlardan biri Faiq Ağayevdir".
 
N.Orucova bildirib ki, aktrisaların aparıcılıq etməsinə normal baxır:

"Aparıcılıq edən müğənnilərə demək istəyirəm ki, səviyyəni tapıb onu tutsunlar. Öz işlərində qalsınlar. Başqa yola çıxmasınlar. 

Aktrisanın aparıcılıq etməsi normaldır. Çünki aktrisa hər şeyi bacarmalıdır. Bizim incəsənətimiz müğənnidən ibarət deyil. Müğənni heç vaxt aktrisa ola bilməz. Amma aktrisa müğənni ola bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/555175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR