Yaşlı kişi evində ölü tapıldı

Nəsimi rayonunda mənzildən 54 yaşlı kişi meyiti tapılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istiandən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:29-da başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR