Trampın 315 milyon dollar borcu var

Trampın 315 milyon dollar borcu var
13:43 17 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın şirkətləri son 16 ayda 596 milyon dollar gəlir əldə edib. Eyni zamanda onun korporasiyasının 315 milyon dollar borcu var.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökuməti Etika Bürosunun açıqlamasında Trampın öz istəyi ilə bu məlumatı açıqladığı qeyd olunub. 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinə qədər olan dövrdə 596 milyon dollar gəlir əldə edən Tramp bu məbləğin yarısını qolf komplekslərindən qazanıb.

“Forbes”ə görə, Trampın sərvəti 4,5 milyard dollardır. ABŞ prezidenti özü isə əmlakları ilə birlikdə ümumi sərvətinin 8-10 milyard dollar olduğunu iddia etmişdi.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR