Azərbaycan millisi Ermənistanı məğlub etdi

Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.

Azərbaycan Həndbol Federasiyasından Metbuat.az-a bildirilib ki, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Hənbolçularımız inamlı çıxışları ilə rəqiblərindən üstün olublar. Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR