Müdafiə Nazirliyindən BƏYANAT: "Düşmən təxribatı davam edir"

Müdafiə Nazirliyindən BƏYANAT: "Düşmən təxribatı davam edir"
13:54 17 İyun 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir”.
 

Lent.az-ın məlumatına görə, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

 

Nazirliyin saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

 

“Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
 

Görülən qətiyyətli cavab  tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
 

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı  qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək” – deyə sənəddə bildirilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR