Qətərə daha bir zərbə

Qətərə daha bir zərbə
14:12 17 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Qətərə daha bir zərbə "Twitter" şəbəkəsindən gəlib.

illi.Az Trend-ə istinadən bildirir ki, "Twitter" Qətərin "Əl-Cəzirə" telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.

"Twitter"-dən bununla bağlı, hələ ki, rəsmi açıqlama gəlməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR