10-larla meymun edam edildi -

XVII əsrdə Osmanlı İmperiyasında baş verən hadisə tarixdə xoşagəlməz bir iz buraxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökümdar III Muradın hakimiyyəti illərində Osmanlı İmperatorluğu dünyanın dörd bir nöqtəsində böyük təsirə malik olub. Gəmi işlərində istifadə edildiyi üçün həmin dönəmdə İstanbula çoxlu sayda meymun gətirilib. Elə bu üzdən, İstanbul sahillərində “Gəmi meymunları” adlanan, xüsusi təlim keçmiş meymunlar satılırdı.

Bir gün ölkənin qabaqcıl dindarlarından biri olan Əbdülkərim Əfəndi, meymunların dul qadınlar tərəfindən pis işlərdə istifadə edilə biləcəyi barədə çıxışlar etdi. Bu çıxışdan sonra qəzəbli əhali Əbdülkərim Əfəndi ilə birlikdə limanlara axışaraq oradakı meymunları bir-bir topladılar. Daha sonra isə həmin meymunlar yaxınlıqdakı ağaclardan asılaraq edam edilib. Bu hadisədən sonra Əbdülkərim Əfəndiyə "Meymunkeş Əbdülkərim Əfəndi" ləqəbi verilib.

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR