ABŞ prezidentinin sərvəti açıqlandı -

ABŞ administrasiyası yanında etik məsələlər üzrə idarə prezident Donald Trampın ötən ilin yanvar ayından bu ilin aprelinə qədər əldə etdiyi gəlirləri açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, 98 səhifəlik hesabatda qeyd olunub ki, bu müddət ərzində "Ağ ev" rəhbəri sahibi olduğu şirkət, biznes və digər fəaliyyətlərdən ümumilikdə azı 596 milyon dollar gəlir əldə edib. Onun 315 milyon dollar borcu var.

Hesabata əsasən, Tramp ötən ilin sentyabr ayında istifadəyə verilən Vaşinqtondakı oteldən 19,7 milyon dollar, Florida ştatındakı “Mar-a-Laqo” kurortundan 37,2 milyon dollar, Nyu-Cersi ştatında yerləşən qolf klubundan isə 19,8 milyon dollar gəlir əldə edib.

Sənəddə Trampın ümumi sərvəti açıqlanmasa da, müvafiq qurumlar hesabata əsasən onun 1,4 milyard dollar sərvəti olduğunu qeyd edib. Lakin "Forbes" jurnalına görə, prezidentin ümumi sərvətinin dəyəri azı 4,5 milyard dollar təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR