“Thomson Reuters” Agentliyi BDU-nun qonağı oldu

“Thomson Reuters” Agentliyi BDU-nun qonağı oldu
15:13 17 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

“Thomson Reuters” Agentliyin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov, Rusiya və MDB üzrə direktoru Oleq Gennadyeviç Utkin və Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq görüşü keçiriblər.

Bu haqda Publika.az-a BDU-nun Mətbuat və İnformasiya şöbəsi xəbər verib.

Görüşdə Aygün Babazadə agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin məqalələrinin ildən-ilə artdığını və yüksək göstəricilər qazandıqlarını diqqətə çatdırıb.

Qonaqları universitetdə görməsindən məmnun olduğunu deyən rektor, akademik Abel Məhərrəmov onlara universitetin elmi nailiyyətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün “Thomson Reuters”in xidmətlərinin təqdirəlayiq olduğunu bildirib.

Valentin Boqorov və Aygün Babazadə “Thomson Reuters”, “Web of Science” elmi məlumatlar bazası haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Portal 1964-cü ildə informasiya institutunun bazasında yaradılıb və əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərib. Lakin sonradan görülən keyfiyyətli iş sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək öndə dayanmağa layiq olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR