Rusiya Bankı gələn il neftin 25 dollara qədər ucuzlaşacağını gözləyir

Rusiya Bankı gələn il neftin 25 dollara qədər ucuzlaşacağını gözləyir
15:27 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Gələn ilin ortalarında dünya bazarında neftin qiyməti 25 dollar/barelə düşə bilər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) pul-kredit siyasəti barədə hesabatında bildirilir.
Sənəddə deyilir ki, Liviya və Nigeriyanın neft ixracını artırması, Çində iqtisadi artımın zəifləməsi və ümumilikdə enerji daşıyıcılarına tələbatın azalması 2018-ci ilin ortalarında əmtəə birjalarında “qara qızıl”ın 1 barrelinin qiymətini 25 dollara endirə bilər. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatının bu ilin ortalarından başlayaraq geriləməsinə səbəb ola bilər və yalnız gələn ilin 2-ci yarısından sonra ölkə iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıtma başlaya, iqtisadi artım bərpa oluna bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-banki-gelen-il-neftin-25-dollara-qeder-ucuzlasacagini-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR