Ronaldoya gülünc təkliflər: "Pulumuz yoxdu, amma..."

Ronaldoya gülünc təkliflər:   "Pulumuz yoxdu, amma..."
15:37 17 İyun 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Real"dan ayrılmaq istədiyi deyilən Kriştiano Ronaldoya təkliflər gəlməyə başlayıb. Fanat.Az xəbər verir ki, bunların arasında kifayət qədər ciddiləri olsa da, olduqca ilginc olanı da var.


Həmin təklif Bundesliqa təmsilçisi "Herta"dan gəlib. Almaniya klubu təklifini "Twitter" hesabından açıqlayıb: "Pulumuz yoxdu, amma çox ciddi bir meydan oxuma olar. Berlin səni uşağı kimi sevər. Maraqlanarsan, Ronaldo?"


Bu "Herta"nın "Twitter" hesabından göndərdiyi ilə təklif deyil. Almaniya klubu "Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviçə də bənzər mesaj göndərmişdi: "Əla azarkeşlərimiz var, amma pulumuz yoxdu. Ancaq Bundesliqanı ilk dəfə qazana bilərsən. Bunu bir düşün".


Ronaldonun yetirməsi olduğu "Sportinq" də boş dayanmayıb. Lissabon klubu futbolçunu evə dönməyə çağırıb.


İngiltərənin "Bolton" klubu isə "Twitter"dən maraqlı açıqlama yayıb. Klub Ronaldonun transferi üçün danışıqlar aparmadıqlarını elan edib.


İngiltərənin "Salisburi" klubu isə "Twitter"dən belə bir açıqlama gəlib: "Kriştiano Ronaldonun "Salisburi"yə transfer olacağı yönündəki xəbərlərlə bağlı klub olaraq danışmamaq qərarına gəldik".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldoya-gulunc-tkliflr-t58736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR