Arif Quliyevi ölümlə hədələdilər -

Xalq artisti Arif Quliyevi ölümlə hədələyiblər.

Metbuat.az-ın məlumatına görə, bu barədə o, "100-dən 1-i" verilişində danışıb. Xalq artistinin sözlərinə görə, oğlu cinayət törətdikdən sonra, qarşı tərəf onun ünvanına hədələr səsləndirib:

"Oğlumun bir cinayətdə əli oldu. Kiminsə övladına xələl yetirdilər. Həmin ailənin üzvləri dedi ki, "Onun oğlu bizim övladımıza sui-qəsd edib. Gərək biz də onu öldürək".

Xatırladaq ki, Arif Quliyevin oğlu təcridxanadan buraxıldıqdan sonra həyatını itirib.

METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR