Gürcüstanda iki Azərbaycan vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb

Gürcüstanda iki Azərbaycan vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb
17:02 17 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Gürcüstanın hüquq-mühafizə orqanlarıı gömrük nəzarətindən yayınmaqla 1,3 kq qızıl-zinət əşyalarını ölkəyə keçirmək ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətindən bildirilib. 
İstintaq təqsirləndirilən şəxslərin "Qırmızı körpü" gömrük məntəqəsindən keçməklə ölkəyə qanunsuz qızıl gətirdiklərini iddia edir. Qaçaq malların gömrük dəyəri 676 min laridən (281 min dollardan) çoxdur. 
Bununla əlaqədr  "Gürcüstan gömrük sərhədindən külli miqdarda malın hərəkəti ilə əlaqədar qaydaların pozulması" maddəsi ilə cinayət işi açılıb. Azərbaycan vətəndaşlarına qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə onları 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-iki-azerbaycan-vetendasi-qizil-qacaqmalciligina-gore-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR