"Qətər böhranının tək həll yolu var"

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Əl Cübeyr növbəti dəfə Qətər böhranı barədə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Londonda britaniyalı həmkarı Boris Consonla təşkil olunmuş birgə mətbuat konfransında o bildirib ki, gərginliyin aradan qaldırılmasının tək yolu var:

"Həll variantı çox sadədir. Doha terror qruplaşmasına dəstək verməyi dayandırmalı və digər ölkələrin daxili işlərinə qarışmağa son verməlidir. Qətər terrorizmə dəstəyini dayandırmasa böhranın həlli mümkün olmayacaq" .

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR