Türkiyədə 11 minə yaxın sürücü psixoloji və texniki testdən keçməli olacaq

Türkiyədə 11 minə yaxın sürücü psixoloji və texniki testdən keçməli olacaq
17:07 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyədə sığorta şirkətlərinin müraciəti əsasında 10 600 sürücü psixoloji və texniki testdən keçiriləcək.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunlar ildə 3 dəfə və ondan çox yol qəzası törədən avtomobil sahibləridir.
Sözügedən kateqoriyadan olan insanlar sığortaçıları həddindən çox xərcə saldıqları üçün onların maşın sürmək üçün psixi baxımdan normal, texniki baxımdan hazırlıqlı olub-olmadığı bir daha yoxlanılacaq. Testdən sonra problemli sürücülərə avtomobil idarə etməyə qadağa qoyulacaq, bu yolla sığorta şirkətlərinin ödənişləri qismən azaldılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-11-mine-yaxin-surucu-psixoloji-ve-texniki-testden-kecmeli-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR