Bu festivalda qan su yerinə axır: tikanlı yarpaqlarla DÖYÜŞ

Bu festivalda qan su yerinə axır: tikanlı yarpaqlarla DÖYÜŞ
17:18 17 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Hər il İndoneziyanın paytaxtı Balidə keçirilən qəribə festivallar turistlərin böyük marağına səbəb olur. Bu festivallardan birində indoneziyalılar tikanlı yarpaqlarla döyüşmək ənənəsini sərgiləyirlər.

Publika.az xəbər verir ki, bu indoneziyalıların ən müqəddəs ənənələrindən biridir.

Yerli dildə adı Makare-Kare olan bu müqəddəs ritualı böyük inanc və həvəslə gerçəkləşdirən balililər bu döyüşlə savaş tanrıları olan İndranın istəklərini yerinə yetirdiklərinə inanırlar.

Sadəcə kişilərin iştirak etdiyi bu döyüşdə ağacdan kəsilmiş tikanlı yarpaqlardan və qalxanabənzər qoruyucudan istifadə olunur.

Tikanlı yarpaqlarla rəqibinə zərbə endirən döyüşçü onu qana bulayana qədər döyüşü davam etdirməlidir. Bu döyüşdə vuruşmaqdan vaz keçən məğlub olmuş sayılır.

Döyüşçülər savaşdan sonra tanrı İndranın onların vücuduna və dünyaya sülh gətirdiklərinə inanırlar. Təbii olaraq bu döyüşdən sonra hamı qan içində olur.

Yaralarını sağaltmaq üçün isə indoneziyalılar zərdəçal və sirkə qarışığından hazırlanmış məlhəmdən istifadə edirlər.

Döyüşün daha bir özəlliyi ənənəyə məxsus geyimlərin olmasıdır. Döyüşçülər Tenga tanrısının əlcək, şal və bandana kimi geyim növlərindən geyinirlər.

Bu ənənəvi mərasimdə yetkinlik yaşına çatan hər kişi iştirak edə bilər.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/202946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR