Səudiyyə Ərəbistanı Türkiyəyə "yox" dedi

Səudiyyə Ərəbistanı Türkiyəyə "yox" dedi
17:32 17 İyun 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyə icazə vermək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyində açıqlama yayılıb.

Məlumatda bildirilir ki, krallıq Türkiyəyə hərbi baza yaratmaq üçün icazə verə bilməz: "Səudiyyə Ərəbistanının buna ehtiyacı yoxdur".

Qeyd edək ki, iki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP telekanalına müsahibəsində bəyan etmişdi ki, Səudiyyə Ərəbistanı kralı ilə görüşdə ona krallıq ərazisində hərbi baza açmağı təklif edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR