Ronaldonu istəyən klubların adı açıqlandı

Ronaldonu istəyən klubların adı açıqlandı
17:37 17 İyun 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldonun Madrid “Real”ından ayrılacağı ilə bağlı yayılan söz-söhbətlər artmaqdadı. Fanat.Az xəbər verir ki, “qalaktikos”u tərk etmək istəyən superulduz təkliflər almağa başlayıb.

 

Ronaldonun meneceri Jorje Mendeş bildirib ki, Portuqaliya yığmasının üzvünə 3 ölkənin klublarındantəklif var. Bunlar İngiltərə, Fransa və Çin təmsilçiləridi. 


Menecer ad açıqlmasa da, Ronaldonu istəyən İngiltərə və Fransa klublarının adı bəllidi. İngiltərədən iki klub onun xidmətində maraqlıdı ki, bunlardan biri "Mançester Yunayted"di. "Qırmızı-şeytanlar" 2009-cu ildə "Real"a 94 milyon avroya satdıqları ulduzu geri qaytarmaq üçün bir müddətdi çalışır. Zlatan İbrahimoviçin gedişindən sonra forvard axtarışında olan Joze Mourinyonun bu mövqeyə ən böyük namizədi məhz Ronaldodu. Məlumata görə, portuqaliyalı ulduzu transfer etməyə ən real namizəddə məhz "Mançester Yunayted"di.


"Mançester Yunayted" kimi "Mançester Siti" də Ronaldonu heyətinə qatmaq istəyir. Pep Qvardiolanın başçılıq etdiyi komandanın ulduz futbolçu üçün istənilən məbəği ödəməyə hazır olduğu deyilir.


Fransadan isə Ronaldonu PSJ istəyir. Paris klubu uzun müddətdi Neymar, Lionel Messi və Ronaldodan birini heyətinə qatmağa çalışır. Hətta onlar 2015/16 mövsümünün əvvəlində "Real"a rəsmi təklif də göndərmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldonu-istyn-klublarn-ad-acqland-t58740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR