Fuad Musayev harda dəfn olunacaq?

Fuad Musayev harda dəfn olunacaq?
17:47 17 İyun 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın ilk prezidenti Fuad Musayevin cənazəsi bu gecə Rusiyanın paytaxtı Moskvadan Bakıya gətiriləcək. 


Qurumun keçmiş baş katibi Çingiz İsmayılovun "Report"a verdiyi məlumata görə, F.Musayevlə vida mərasimi iyunun 18-də Təzə Pir məscidində keçiriləcək. 


Saat 14:00-da qılınacaq cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq. 


Qeyd edək ki, Fuad Musayev ötən gün böyrəyindəki problem üzündə 79 yaşında ikən dünyasını dəyişib. O, 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fuad-musayev-harda-dfn-olunacaq-t58741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR