ABŞ komandiri ilə görüntülənən terrorçu öldürüldü - FOTO

ABŞ komandiri ilə görüntülənən terrorçu öldürüldü - FOTO
17:48 17 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Türk döyüş təyyarələri tərəfindən bombalanan Karaçok dağı bölgəsini gəzərkən ABŞ komandiri ilə görüntülənən PKK-lı Məzlum Koban ləqəbli Cəmil Məzlumun İŞİD terror təşkilatı tərəfindən öldürüldüyü iddia edilir.

Publika.az xəbər verir ki, Cəmil Kobanın ölümü Rakka əməliyyatı zamanı baş verib.

Qeyd edək ki, Türk Silahlı Qüvvələri aprelin 25-də Sincar dağı və Karaçok dağı bölgələrinə hava hücumu təşkil etmişdi. Aparılan əməliyyatda 90-a qədər PKK/ PYD-li terrorçu öldürülmüşdü.

Bu hücum ABŞ, Rusiya və İran kimi nəhəng dövlətlərdə narahatlıq doğurmuşdu.

Hücumun ardından ABŞ komandiri bölgəyə səfər etmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR