Ramazanın ilk yarısında Ümrə ziyarəti üçün Kəbəyə 17 milyon zəvvar gedib

Ramazanın ilk yarısında Ümrə ziyarəti üçün Kəbəyə 17 milyon zəvvar gedib
17:57 17 İyun 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Ramazan ayının ilk yarısında Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedənlərin sayı ötən illə müqayisədə 37 faiz artıb.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ramazanın ilk yarısında Ümrə ziyarətinə gedənlərin sayı 17 milyona çatıb.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə üzrə Statistika Komitəsinin verdiyi açıqlamaya görə, ötən il bu rəqəm 12 milyon olub.
Komitədən bildirilib ki, artıma səbəb Kəbənin ətrafında aparılan inşaat işlərinin bitməsi, eləcə də Ümrə kvotasının artırılmasıdır.
Ramazanın sonlarına doğru bu rəqəmin daha da artacağı vurğulanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/din/ramazanin-ilk-yarisinda-umre-ziyareti-ucun-kebeye-17-milyon-zevvar-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR