"Bavariya"nın rəqibləri müəyyənləşdi

"Bavariya"nın rəqibləri müəyyənləşdi
18:47 17 İyun 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Audicup - 2017-in iştirakçıları açıqlanıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hər il təşkil olunan və "Bavariya"nın ev sahibliyi etdiyi turnirdə ənənəyə uyğun olaraq 4 komanda çıxış edəcək.

Münhenlilər öz rəsmi saytı vasitəsilə artıq iştirakçıların adlarını və təqvimi elan edib. Avqustun 1-i və 2-də keçiriləcək oyunlarda ev sahiblərindən əlavə "Liverpul", "Atletiko" və "Napoli" çıxış edəcək.

Ayın 1-də ilk olaraq "Atletiko" "Napoli" ilə üz-üzə gələcək. Günün ikinci matçında isə "Bavariya" ilə "Liverpul" münasibətlərinə aydınlıq gətirəcəklər.

Ertəsi gün qaliblər öz aralarında çempionu, məğlublar isə 3-cü yerin sahibini müəyyənləşdirəcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR