"Qarabağ"ın "10 nömrəsi" müəyyənləşdi

"Qarabağ"ın "10 nömrəsi" müəyyənləşdi
18:57 17 İyun 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın 3 futbolçusu forma nömrələrini dəyişib.


Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev yeni mövsümdən "1", hücumçular - Dino Ndlovu "9" və Ağabala Ramazanov isə "10" nömrəli formayla mübarizə aparacaq.


Qeyd edək ki, indiyədək "1" nömrəli formanı Boyan Şaranov geyinirdi. Serb qapıçı artıq komandanı tərk edib. Şahruddin Məhəmmədəliyev isə "12" nömrədə çıxış edirdi.


Dino Ndlovu "6" nömrəli formadan imtina edib. Cənubi afrikalı hücumçu Reynaldonun gedişindən sonra boş qalan "9"a sahib çıxıb.


Ağabala Ramazanov isə ötən mövsüm "44" nömrəli formanı geyinirdi. Komandanın "10 nömrəsi" isə artıq "Qarabağ"ı tərk edən Muarem Muaremə məxsus idi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-quot10-nomrsiquot-muyynldi-t58742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR