Selfi çəkmək qadağan olundu -

Şri-Lankada dəmir yolu üstündə selfi çəkilişi zamanı ölüm hallarının artması müvafiq qurumları hərəkətə keçirib.

Metbuat.az-ın məlumatına görə, yerli hüquq-mühafizə orqanları dəmiryolları üstündə şəkil çəkən şəxslərin həbs olunacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, təkcə bu il oxşar hal üzündən 28 nəfər dünyasını dəyişib.

Bir neçə gün əvvəl qatar 12 yaşlı uşaq və onun 24 yaşlı əmisini dəmiryolunda selfi çəkərkən vurub. Hər iki şəxsin ölümüylə nətcilənən hadisədən sonra ölkə ictimaiyyəti məsələ barədə qəti addımların atılmasını tələb etmişdi.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR