Türkiyədə anti-terror əməliyyatı zamanı 2 hərbçi həlak olub

Türkiyədə anti-terror əməliyyatı zamanı 2 hərbçi həlak olub
19:22 17 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Hakkari əyələtində, Çukurca rayonunda partlayıcı qurğunun partlaması nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 7-si isə yaralanıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış bombanın zərərsizləşdirilməsi zamanı baş verib.

Bundan əlavə qeyd edilir ki, əməliyyat çərçivəsində 5 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2767693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR