Qadının sinəsinə toxunan “sehrbaz” həbs edilib - FOTO

Qadının sinəsinə toxunan “sehrbaz” həbs edilib - FOTO
19:22 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çinin Çendu polisi küçədə qadınlara yanaşan və küçə sehrləri göstərmək adıyla nümayişkaranə şəkildə onların sinəsinə toxunan videobloqeri həbs edib.

Bloqerin "sehrlli" rolikləri Çinin sosial şəbəkələrində böyük narazılıqlara səbəb olub. İstifadəçilərdən biri bloqerin tutulması üçün pul mükafatı təyin etdiyini bildirib.

Çinin The Cover dövlət saytının verdiyi məlumata görə, Chris adıyla tanınan şəxs cümə günü həbs olunub.

Polis onun Süy soyadlı Şanxay sakini olduğunu bildirib.

Süy-ün videolarındakı qadınlardan hüquq-mühafizə orqanlarına müraciət etmək xahiş olunub.

Çendu küçələrində gənc qadınlara yanaşan bloqer onlarla söhbət edərək yoxa çıxan sikkə ilə sehr göstərməyi təklif edir.

O, ovucunda sikkənin necə itdiyini göstərir, sonra isə qadının sinəsindən tutaraq itən pulun onun büstqalterinin içində olduğuna inandırmağa çalışır.

Digər videolarda isə Chris qadınlara şəxsi gigiyena haqqında "ədəbsiz suallar" verərək onlara "gecəni keçirməyi" təklif edir.

Süy kifayət qədər tanınmış bloqerdir və onun Twitter-in Çin analoqu olan Sina Weibo sosial şəbəkəsində 40 min izləyicisi var.

Milli.Az BBC-yə istinadən bildirir ki, onun videolarından toplanan seçmələr The Cover saytında illüstrasiya kimi yerləşdirilib və buna 3 milyon insan baxıb.

Bloqerin davranışı genişmiqyaslı narazılığa səbəb olub.

Minlərlə insan onun ictimai yerdə, videolar çəkdiyini və kimsənin ona mane olmadığından narazılığını bildirib.

Sosial şəbəkə istifadəçilərini Chris-in toxunduğu qadınların necə sakit qaldıqları təəccübləndirib.

Bəziləri bloqerin hipnoz etməsindən şübhələnir, digərləri isə onu "seksual xəstə" adlandırıblar.

Sosial şəbəkə istifadəçilərindən bəziləri ictimai yerdə cinsi təcavüzə görə bloqerə qarşı cinayət işinin qaldırılmasını tələb ediblər.

Həbs olunmazdan bir gün əvvəl bloqer video müraciət yayımlayaraq qadınlardan üzr istəyib.

Bu müraciəti 100 min insan izləyib.

Bloqerin davranışlarında cinayət işinin olub-olmaması təhqiqatdan sonra məlum olacaq.

Çin qanunları ictimai yerdə təcavüzə görə 5 il həbs cəzasını nəzərdə tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR