"Külü qoyum paxıl başınıza..." - Tolikdən müğənnilərə

"Külü qoyum paxıl başınıza..." - Tolikdən müğənnilərə
19:57 17 İyun 2017
104 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) müğənnilərin ünvanına tənqidlər səsləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser bildirib ki, birlikdə çalışdığı müğənni Elton Hüseynəliyev Azərbaycan Dövlət Televiziyasının solisti olanda onu əksər həmkarı təbrik etməyib:

"Müğənnilərimizin əksəriyyətinin paxıl olduğunu bilirəm. Buna hər zaman şahid olmuşam və şükür onların heç birindən asılacağım yoxdur. Elton dövlət televiziyasının solisti oldu. Bu bir müğənni üçün böyük uğurdu. çünki bu hər müğənniyə qismət olmur. Səhifəmi ən az 200 müğənni izləyir, onların heç 10-u təbrik yazmadı. Külü qoyum paxıl başınıza, təbrikiniz lazım deyil. Sadəcə, qurdlar içinizi o qədər yeyib ki, görməzlikdən gəlirsiniz. Allah o səsi Eltona verib. Onun səsinə sənətkarlar qiymət verir. Bir gic mahnı oxuyan kimi hamıya yollayırsınız ki, səhifənizdə paylaşın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/555267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR