Konfederasiyalar Kuboku: Rusiya hesabı açdı - YENİLƏNİR

Konfederasiyalar Kuboku: Rusiya hesabı açdı - YENİLƏNİR
19:57 17 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017 start götürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,8 komandanın mübarizə aparacağı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçiriləcək.

Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.

Sankt-Peterburq şəhərində keçiriləcək qarşılaşmanı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.

A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq.

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.

FİFA Konfederasiyalar Kuboku - 2017

A qrupu

17 iyun

Rusiya - Yeni Zelandiya - 1:0

Qol: Qluşakov, 31

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Sankt-Peterburq. "Krestovski" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR