Bakıda ənənəvi rumın musiqisi konserti keçirilib

Bakıda ənənəvi rumın musiqisi konserti keçirilib
20:02 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Bakının Beynəlxalq Muğam Mərkəzində ənənəvi rumın musiqisi konserti keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku çıxış edib.
O bildirib ki, bazar ertəsi Azərbaycan və Rumıniya iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək. Səfir iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Diplomatın çıxışından sonra Doina Lavriç Parqel və Daniel Keşiş milli musiqi alətlərində ənənəvi rumın mahnılarını ifa ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-enenevi-rumin-musiqisi-konserti-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR