İlan xanımı, xanım isə həyat yoldaşını dişlədi -

Hindistanın Bihar əyalətində dəhşətli hadisə baş verib.

Metbuat.az "Gulf News" agentliyinə istinadən xəbər verir ki, Şankar Rai adlı xanım yuxuda ikən onu zəhərli ilan sancıb. Oyandığında özünü pis hiss edən qadın, bu barədə həyat yoldaşı Amiri Deviyə deyib. Ərinə çox sevdiyini deyən xanım, onunla birgə ölmək istədiyini dilə gətirib. Bu üzdən qadın həyat yoldaşının biləyindən dişləyib. Nəticədə onların hər ikisi huşunu itirib.

Həkimlərin səyi nəticəsində Amirin həyatını xilas etmək mümkün olsa da, xanım dünyasını dəyişib. Hadisəylə bağlı danışan Amiri Devi bildirib: Məni çox sevdiyini və birlikdə ölmək istədiyini dedi. Sonra biləyimdən tutaraq dişlədi. Mən də bunu etməsinə icarə verdim".

Sübhan \ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR