Bu gün buraxılış imtahanları keçirilib - suallar asan olub - VİDEO

Bu gün buraxılış imtahanları keçirilib - suallar asan olub - VİDEO
20:52 17 İyun 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün IX və XI siniflərdə təhsil alan şagirdlər buraxılış imtahanı verdilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların keçirilməsi üçün ümumilikdə 180 bina ayrılıb. 264 imtahan rəhbəri, 3 min 356 nəzarətçi-müəllim də iş başında olub.
5 nömrəli Respublika Xüsusi internat məktəbində təhsil alan Ürfan Camalov imtahanın yaxşı keçdiyini bildirib.
İmtahan Azərbaycan dili və Riyaziyyat fənnindən keçirilib. Şagirdlər bu imtahanda təqdim olunan sualların əvvəlki imtahana nisbətən daha asan olduğunu deyirlər.
İmtahan nəticələri 4 gün müddətində elan olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR