Biləsuvarda yanğın -

Biləsuvarda baş verən yanğın nəticəsində 7 yaşlı uşaq dünyasını dəyişib.

Metbuat. az-ın məlumatına görə, hadisə zamanı Gülnar Məmiyeva və iki azyaşlı övladı evdə yatmış olub. Dərhal yanğından xəbər tutan ana, 4 yaşlı övladıyla birgə pəncərədən çıxıb. Lakin ailənin digər üzvü 7 yaşlı Ümid Aslanlı həyəcandan çarpayının altına girib. Nəticədə o ağır xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən Ümüdün həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri məlum deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR