Ucarda FİAT-la KİA toqquşdu: 2 yaralı

Ucarda FİAT-la KİA toqquşdu: 2 yaralı
21:42 17 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda  xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini  1994-cü il təvəllüdlü Emin Akif oğlu Qurbanovun idarə etdiyi "FİAT" markalı minik maşını ilə  İsa Dünyamalıyevin idarə etdiyi  "KİA" markalı maşın toqquşub. Nəticədə "FİAT" ın sürücüsü E Qurbanov və sərnişini İlqar Behbud oğlu Həsənov  müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib . Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR