Türkiyədə aclıq aksiyasının 100-cü günü

Türkiyədə aclıq aksiyasının 100-cü günü
22:18 17 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə böhran səbəbi ilə ixtisara düşüb işdən qovulan Semih Özakça və Nuriye Gülmenin etiraz olaraq aclıq aksiyası keçirməsi ölkədə böyük rezonans doğurub.

Publika.az xəbər verir ki, əməkçilər artıq 100 gündür ki, aksiyanı davam etdirirlər.

“Xaric edildim, işimi geri istəyirəm”, “İxtisara düşdük, işimizi geri istəyirik” kimi şüarlarla aclıq aksiyasına oturan əməkçilərə Türkiyənin məşhur simaları da dəstək verirlər. Bu barədə müğənni Sezen Aksu və pianist Fazil Say öz sosial şəbəkə hesablarından ürək parçalayan paylaşımlar ediblər.

Sezen Aksu “Yaşamı qorumaq” başlığıyla yayımladığı yazıda səlahiyyətli şəxslərdən son dərəcə vicdanlı davranış umduğunu qeyd edib.

Fazil Say isə əllərində pankart və zəfər işarəsi tutub gülümsəyən aksiyaçıların fotosunu paylaşaraq onların işə geri çağrılmalarını istəyib və aksiyanın 100-cü gününün olmasını özəlliklə diqqət mərkəzinə çəkib.

Onu da qeyd edək ki, etirazçıların 100 gün aclıq aksiyasında olması onların səhhətlərini ciddi təhlükə altına alır və onlar hər an həyatlarını itirə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR