Müğənni Keti Perri "Twitter" tarixində ilk dəfə olaraq 100 mln. abunəçi toplayıb

Müğənni Keti Perri "Twitter" tarixində ilk dəfə olaraq 100 mln. abunəçi toplayıb
22:22 17 İyun 2017
87 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Amerikanın 32 yaşlı pop-ifaçısı Keti Perri "Twitter"dəki mikrobloqunda abunəçilərinin sayını 100 milyona çatdırıb.
"Report" xəbər verir ki, sosial şəbəkə inzibatçılarının məlumatına görə, bu nəticə "Twitter" tarixində ilk dəfədir qeydə alınır.
Bildirilir ki, müğənni "tarixi nəticə"yə nail olmaq üçün bir müddət əvvəl canlı yayımda öz həyatından bəhs edən 96 saatlıq videoçəkiliş təşkil edib. Operator və rejissorlar canlı yayım zamanı 41 kamera ilə işləyiblər.
Bunun sayəsində müğənninin pərəstişkarları pop-ulduzun yoqa ilə necə məşğul olduğu, yatdığını, qidalandığını, iti yemlədiyini, yanına qonaq gələn digər "ulduzlar"la necə ünsiyyət saxladığı öyrəniblər.
Müğənni bu göstəriciyə görə 23 yaşlı kanadalı ifaçı Castin Biberi qabaqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/mugenni-keti-perri-twitter-tarixinde-ilk-defe-olaraq-100-mln-abuneci-toplayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR