Tovuzda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Tovuzda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb
00:37 18 İyun 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 18 iyun. REPORT.AZ/ Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş qeydə alınıb.
Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan S.Məmmədov xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır.
Mübahisənin səbəbi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-kutlevi-dava-zamani-bir-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR