Veteran Azərbaycan cüdoçuları Avropa çempionatında 10 medal qazanıblar

Veteran Azərbaycan cüdoçuları Avropa çempionatında 10 medal qazanıblar
01:07 18 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər.
"Report" xəbər verir ki, millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.
Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq), Bağırov Zaur (M-3 +100 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb. Hacıyev Babək (M-3 60 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq) və Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb. Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.










Xəbərin orijinal ünvanı: https://report.az/komanda/veteran-cudocularimizdan-avropa-cempionatinda-10-medal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR