Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb

Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb
01:47 18 İyun 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı qayıqlarına atəş açıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində 1 nəfər ölüb.
Məlumata görə, iki balıqçı qayığı dalğaların yüksək olması səbəbindən yolundan çıxıb. Səudiyyə Ərəbistanı hərbçiləri gəmilərin sərhədi keçib-keçmədiyini müəyyən etməmiş onlara atəş açıblar.
İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda qayıqların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seudiyye-erebistani-herbcileri-i-ranin-baliqci-gemilerini-atese-tutub-1-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR