Kolumbiyanın XİN rəhbəri Şəki və Zaqatalaya səfər etdi

Kolumbiyanın XİN rəhbəri Şəki və Zaqatalaya səfər etdi
04:23 18 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycana səfəri çərçivəsində respublikanın şimal-qərb bölgəsində olub.

Publika.az xəbər verir ki, Mariya Anxela Olqin və onu müşayiət edən şəxslər günün birinci yarısında Şəkidə olublar. Kolumbiyalı qonaqların Şəki ilə tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlayıb. Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı bildirilib ki, ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli bir neçə festival keçirilir.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra xanım Mariya Anxela Olqin Zaqatala rayonuna yola düşüb. Zaqatala rayonunun Əliabad qəsəbəsinin ərazisində yerləşən fındıq emalı zavodu ilə tanışlıq zamanı qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikada ildə təqribən 35 min ton fındıq istehsal olunur.

Qəsəbənin ərazisində yerləşən fındıq bağları ilə tanışlıq zamanı bildirilib ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında mühüm rol oynayır və kənd əhalisinin əsas gəlir mənbələrindən biridir.

Kolumbiyanın XİN rəhbəri Mariya Anxela Olqin Şəki və Zaqatalaya səfərindən məmnun qaldığını, bölgədən zəngin təəssüratlarla ayrıldığını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR