Veteran cüdoçularımız Avropa çempionatında 10 medal qazandı

Veteran cüdoçularımız Avropa çempionatında 10 medal qazandı
05:13 18 İyun 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər.

"Report" xəbər verir ki, millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.

Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq), Bağırov Zaur (M-3 +100 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb. Hacıyev Babək (M-3 60 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq) və Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb. Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/202989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR