Portuqaliyada meşə yanğınları nəticəsində 24 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 24 nəfər ölüb
08:05 18 İyun 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın mərkəzində 24 nəfər meşə yanğınlarının qurbanı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Portuqaliyanın baş naziri Antoniu Koşta deyib.

Əvvəl bildirildi ki, 19 nəfər həlak olub.

Ölənlərin 3-ü tüstüdən boğularaq, 16-sı isə öz avtomobillərində yanaraq ölüblər.

"Biz 19 nəfərin ölümünü təsdiq edirik. Onlar hamısı mülki şəxslər idi. Ölənlərin 3-ü tüstüdən boğularaq ölüb, 16-sı isə Fiqeyro-duş-Vinyuşdan Katanyera-de-Peraya gedən yolda avtomobillərində yanaraq ölüblər", - bunu jurnalistlərə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR