Əfqanıstanda terrorçular polis idarəsinə hücum edib: ölənlər və yaralananlar var

Əfqanıstanda terrorçular polis idarəsinə hücum edib: ölənlər və yaralananlar var
09:27 18 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Paktiya vilayətində 5 terrorçu kamikadze polis idarəsinə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "Tolo News" telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, onlardan biri özünü polis idarəsinin yaxınlığındakı dayanacaqda partladıb. Digərləri isə idarəyə soxulmağa cəhd ediblər.
Atışma zamanı onlardan üçü öldürülüb. Lakin təhlükəsizlik qüvvələri ilə atışma hələ davam edir.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hücum zamanı iki polis əməkdaşı həlak olub. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
"Pajvak" agentliyi isə hücum zamanı 4 nəfərin həlak olduğunu, 25 yaralının olduğunu xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-terrorcular-polis-idaresine-hucum-edib-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR